Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) Cəbəllütariq yığması ilə qarşılaşıb.
Hövsan Yarış Kompleksində keçirilən görüş Azərbaycan millisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Azərbaycan komandası AF qrupunu üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Yığma bu divizionda ilk oyununda Çiliyə 1:3 hesabı ilə məğlub olub.
Azərbaycan millisi AF qrupunda Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Beləliklə, yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.
Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında Azərbaycan millisi növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi komanda C Divizionunda 65-96-cı yerlər uğrunda mübarizənin 1/16 final mərhələsində Çili yığması ilə qarşılaşıb.
Hövsan Yarış Kompleksində baş tutan görüşdə rəqib 3:1 hesabı ilə qələbə qazanıb.
Beləliklə, Azərbaycan millisi növbəti matçında Cəbəllütariqlə üz-üzə gələcək. Rəqib komanda 1/16 finalda Belarusa 0:6 hesabı ilə uduzub.
Azərbaycan - Cəbəllütariq qarşılaşması bu gün saat 18:15-də başlayacaq.
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək.
Oxu.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Hövsan Yarış Kompleksindəki 7B stadionunda, saat 11:30-da start götürəcək.
Cütün qalibi növbəti raundda Belarus - Cəbəllüttariq duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə məhz bu cütdə uduzan komanda ilə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Şərqi Timor seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.
Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a yüksələcək.
Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.