Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında Haiti yığmasına məğlub olub.
Oxu.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda rəqibinə 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, U-15 millimiz yer aldığı AF qrupunda daha əvvəl keçirdiyi oyunlarda Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliya yığmasına 1:3 hesabı ilə uduzub.
Beləliklə, Azərbaycan millisi qrup mərhələsini 9 xalla üçüncü pillədə başa vurub.
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi növbəti qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda İsrail yığması ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yığmamız turnirdə bundan əvvəl Timor-Leste seçməsini 6:0, Andorra komandasını isə 1:0 hesabı ilə məğlub edib. Millimiz Avstraliyaya 1:3 hesabı ilə uduzub.
Yığma son görüşdə Haiti seçməsi ilə qarşılaşacaq. Oyun saat 18:15-də başlayacaq.
Bakıda keçirilən FIFA U-15 dünya çempionatında Azərbaycan millisi bu gün iki oyuna çıxacaq.
Oxu.Az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv əvvəlcə İsrail seçməsi ilə üz-üzə gələcək. Saat 11:30-da başlayacaq qarşılaşma Hövsan Yarış Kompleksinin 10A meydançasında keçiriləcək.
Millimiz günün son matçında isə Haiti yığması ilə qarşılaşacaq. Görüş saat 18:15-də start götürəcək və eyni meydançada baş tutacaq.
Qeyd edək ki, AF qrupunda mübarizə aparan Azərbaycan millisi üç oyundan sonra 6 xal toplayıb. Komandamız Haiti seçməsi ilə 2-3-cü yerləri bölüşür.
FIFA U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq.