"Real Madrid"in hücumçusu Kilian Mbappe Fransa millisində aldığı zədə səbəbindən klubu ilə məşqlərə digər komanda yoldaşlarından gec başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "El Chiringuito" nəşri məlumat yayıb.
Məlumata görə, futbolçu oktybrın 16-da "Real Madrid"lə məşqlərə qoşula biləcək. Mbappenin bazar günü keçiriləcək "Xetafe" ilə La Liqa matçında iştirak edə biləcəyi gözlənilir.
Xatırladaq ki, futbolçu DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə oyunda topuğundan zədə alıb.