Futbol üzrə Azərbaycanın əsas yığma komandası AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Oxu.Az xəbər verir ki, yığmamız Palermonun “Renzo Barbera” stadionunda İtaliyanın qonağı olub.
Oyunun qəhrəmanı isə Corco Kyellini olub.
Yuventusun müdafiəçisi 44-cü dəqiqədə künc zərbəsindən sonra topu başla qapımızdan keçirərək oyunda hesabı açdı.
76-cı dəqiqədə künc zərbəsindən sonra Kyellini yenə fərqləndi. Müdafiəçi bu dəfə avtoqola imza atdı.
Bundan qoldan sonra komandamıza təxminən 15 dəqiqə ərzində hesabı qoruyub saxlamaq lazım idi. Lakin həmişə olduğu kimi futbolçularımız bacarmadılar.
82-ci dəqiqədə Kyellini öz səhvini düzəltdi. Yenə də ikinci mərtəbədə futbolçularımızdan üstün olan müdafiəçi oyunun yekun nəticəsini müəyyənləşdirdi.