Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Azərbaycan millisi Rusiya seçməsinə qarşı](https://images.oxu.az/2025/02/05/eaUbvqfz6iAwAfEJsrf04Hnh4Z5EUuvY538iSkaq:1200.jpg)
Azərbaycan millisi Rusiya seçməsinə qarşı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək.
Oxu.Az xəbər verir ki, millimiz fevralın 11-dən 13-nə qədər Bakıda hazırlıq keçəcək.
U-17 ayın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək. Millimiz B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.
A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın "BSA Akademiyası" komandası çıxış edəcək. Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.
S. | Ad / Soyad | Klub |
1 | Rauf Əyyubov | "Sabah" |
2 | Elbrus Kərimov | "Marset" FA (İspaniya) |
3 | Murad Qurbanov | "Zirə" |
4 | Amin Rzayev | "Qarabağ" |
5 | Həzrət Səmədov | "Sabah" |
6 | Tunar Muradov | "Turan Tovuz" |
7 | Tuncay Əhmədov | "Marset" FA (İspaniya) |
8 | Fərid Cabbarlı | Zirə |
9 | Nadir Nəsibli | "Marset" FA (İspaniya) |
10 | Muhamməd Çodarov | "Marset" FA (İspaniya) |
11 | İbrahim Xəlilov | "Sabah" |
12 | Əli Qazibəyov | "Qarabağ" |
13 | İmran Suleymanzadə | "Zirə" |
14 | Ariz Kərimov | "Qəbələ" |
15 | Abdulaziz Cabbarlı | "Qarabağ" |
16 | Əhliman Süleymanzadə | "Zirə" |
17 | Emil Usubov | "Zirə" |
18 | Tunar Rzayev | "Marset" FA (İspaniya) |
19 | Əhməd Vəliyev | "Qarabağ" |
20 | Əli İbrahim | "Qarabağ" |
Qeyd edək ki, millimiz ayın 16-da Rusiya, ertəsi gün İran, 19-da isə Qazaxıstanla görüşəcək.
"Futbol üzrə Azərbaycan millisi" teqi üzrə xəbərlər
- Azərbaycan millisinin futbolçusu klubunu dəyişdi
- Millimizin Avropa çempionatındakı rəqibləri bəlli olub
- Azərbaycan millisinin üzvü Albaniya klubundan ayrılmaq qərarına gəlib
- Macarıstan yığmasının baş məşqçisi: "Azərbaycan və Ermənistan milliləri eyni üslubda oynayırlar"
- Futbol üzrə Azərbaycan millisi Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək
Rəylər