Ötən gün futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, millimiz Belçikanın Antverpen şəhərindəki “Lotto Arena” İdman Kompleksində Sloveniya yığması ilə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan millisinin 7:6 hesablı qələbəsilə başa çatıb.
Millimizin heyətində Rafael (3 qol), Amadeu, Vitali Barisov, Felipe və Avqusto fərqləniblər.
Yığma komandamız növbəti oyununu fevralın 2-də İtaliya millisinə qarşı keçirəcək.