Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək Dünya Kombat Oyunlarında iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib.
Oxu.Az-ın məlumatına görə, yığmanın 5 üzvü turnirdə qüvvəsini sınayacaq.
Kişilər arasında Nicat Məmmədli (65 kq), Ariz Huseynov (70 kq), Cavid Mustafayev (80 kq), Emil Həsənov (85 kq), qadınlarda isə Ülviyyə Bayramova (70 kq) mübarizə aparacaq. Yarışda komandanın baş məşqçisi Samir Abdullayev, nümayəndə heyətinin rəhbəri isə Seymur Qurbanov olacaq.
Qeyd edək ki, Dünya Kombat Oyunları 24-27 oktyabr tarixlərində keçiriləcək.