Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan millisinin məşqçisi Millətlər Liqasının püşkatma mərasimində iştirak edəcək
Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqası turnirinin 2024/2025 mövsümünün püşkatma mərasimində iştirak edəcək.
“Report”un məlumatına görə, mütəxəssis fevralın 8-də Fransanın paytaxtı Parisdə baş tutacaq tədbirə qatılacaq.
Əsədovdan başqa, milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli də mərasimdə iştirak edəcək. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, C Liqasının 2-ci səbətində qərarlaşan Azərbaycan yığmasının potensial rəqibləri də məlumdur. Millimiz 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllüttariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz.
"Fransa" teqi üzrə xəbərlər
- Makron bəzi ölkələrin baş qərargah rəisləri ilə görüşüb
- Fransadan Ukraynaya 195 milyon avroluq yeni hərbi yardım
- İtaliyanın baş nazirinin müavini Makronu "dəli" adlandırdı
- Ukrayna ilk dəfə döyüşdə Fransanın "Mirage" qırıcı təyyarələrindən istifadə etdi
- BAEA rəhbəri Makronu qınadı: "Bir neçə il əvvəl belə müzakirələr tabu hesab olunardı"