Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunlarında Azərbaycan millisinin təmsilçisi Yekaterina Ryabova buz üzərinə çıxıb.
Oxu.Az xəbər verir ki, o, qısa proqramda 30 iştirakçı arasında 24-cü sıra nömrəsi ilə çıxış edib. Yekaterinanın nümayiş etdirdiyi proqram 61,82 balla qiymətləndirilib.
İdmançımız çıxışını başa vuran 24 idmançı arasında 10-cu olub. Bu, Ryabovaya iki gündən sonra keçiriləcək sərbəst proqramda iştirak hüququ verib.
Qeyd edək ki, qısa proqramda ən yaxşı nəticə göstərən 24 iştirakçı sərbəst çıxışda qüvvəsini sınayacaq. Dopinq qalmaqalı yaşayan Rusiya millisinin üzvü Kamilə Vəliyeva bu “24-lüy”ə düşsə, 25-ci yerin sahibi də bu hüququ qazanacaq.