Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan millisinin voleybolçusu Türkiyə klubu ilə müqavilə bağlayıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Polina Rəhimova karyerasını Türkiyədə davam etdirəcək.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 33 yaşlı oyunçu Sultanlar Liqasında mübarizə aparan “Karayolları” komandasına keçib. O, Ankara təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.
“Karayolları” hazırda ölkə çempionatında 13 oyundan sonra topladığı dörd xalla sonuncu - 14-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Polina Rəhimova son olaraq Vyetnamın “Duk Qianq” komandasında çıxış edib.
"Vyetnam" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 21.10.2024-ün ən mühüm hadisələri
- Vyetnamda general prezident oldu
- Vyetnamda son 10 ilin ən güclü qasırğası: Çox sayda ölən və yaralanan var
- Rusiya - Tailand futbol qarşılaşması qasırğaya görə təxirə salındı
- Rusiya millisinin yoldaşlıq görüşlərində əldə etdiyi xallar FIFA reytinqinə daxil ediləcək
Ən çox oxunanlar