Azərbaycan paraüzgüçüsü Roman Saleh "Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Oxu.Az xəbər verir ki, o, bu uğura Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında imza atıb.
R.Saleh 100 m məsafəyə arxasıüstə üzmədə 1:01,00 dəqiqə nəticə göstərərək, yarışı II yerdə tamamlayıb. Gümüş medal onun "Tokio-2020"yə vəsiqəsini də rəsmiləşdirib.
Qeyd ki, Roman Salehdən öncə parapauerliftinqçi Elşən Hüseynov da Paralimpiadada iştirak hüququ qazanıb.
Səbuhi Musayev
Rəylər