Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyun cədvəli müəyyənləşib.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, tura noyabrın 5-də Gəncədə start veriləcək.
“Kəpəz” – “Sumqayıt” matçı paytaxtdan kənarda keçiriləcək yeganə qarşılaşma olacaq.
5 noyabr (şənbə)
“Kəpəz” – “Sumqayıt”
Gəncə şəhər stadionu, saat 14:30
“Neftçi” - “İnter”
“Bakcell Arena”, 17:00
6 noyabr (bazar)
AZAL – “Qəbələ”
“AZAL Arena”, 14:00
“Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu, 16:00
N.О.