Azərbaycanın şahmat üzrə kişi və qadınlardan ibarət yığma komandaları İslandiyanın paytaxtı Reykyavikdə uğurla start götürüblər.
Oxu.Az xəbər verir ki, Avropanın hazırkı çempionu olan kişilərdən ibarət komandamız Sloveniyanı 3:1 hesabı ilə məğlub edib. Öz partiyalarında Arkadi Naydiç və Eltac Səfərli qalib olublar. Teymur Rəcəbov və Rauf Məmmədov isə öz oyunlarını heç-heçə ilə başa vurublar.
Qadınlardan ibarət komandamız isə 3:1 hesabı ilə Belçika komandası üzərində qələbə qazanıblar.
Gülnar Məmmədova, Nərmin Kazımova və Ülviyyə Fətəliyeva qələbə qazanıblar, Zeynəb Məmmədyarova isə məğlub olub.
F.H.
www.oxu.az