Futbol üzrə Azərbaycan Superkuboku matçı ləğv olunub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hazırkı çempion “Qarabağ” və Kubokun sahibi “Neftçi” arasındakı görüş qeyri-müəyyən tarixədək təxirə salınıb.
Avqustun 13-də baş tutmalı olan görüşün keçirilməməsinin səbəbi hər iki komandanın Avropa Liqasının pley-off mərhələsində iştirak etməsidir. Sıx qrafik tərəflərin qarşılıqlı razılığı əsasında Superkubok görüşünün təxirə salınma qərarına zəmin yaradıb.