Azərbaycan idmançıları Tbilisidə keçirilən Avropa Gənclər Olimpiya festivalında artıq üçüncü medalı qazanıblar.
Oxu.Az xəbər verir ki, bu medallar cüdoçularımızın aktivindədir. Şəfəq Həmidova (40 kq) qızıl medal, Kəramət Hüseynov (55 kq) gümüş medal, İbrahim Bayramlı (50 kq) bürünc medala sahib olublar.
Azərbaycan idmançıları Tbilisidə üzgüçülük, yüngül atletika, cüdo, velosiped idmanı, tennis və idman gimnastikası üzrə yarışlarda çıxış edirlər.
F.H.
www.oxu.az