Azərbaycanın üzgüçülük üzrə yığmasının üzvləri Dmitri Saley və Eldar Əfəndiyev Eydhovendə (Hollandiya) keçirilən paralimpiyaçılar arasında 200 m məsafəyə kompleks üzgüçülük üzrə Avropa çempionatında finala çıxıblar.
Oxu.Az azerisport.com-a istinadən xəbər verir ki, finalda Saley ən yaxşı nəticəni göstərərək (2 dəq. 13 saniyə) qızıl medal qazanıb.