Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sonuncu matçına çıxıb.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi Rusiya olub.
Komandamız tsiklin son matçında müsbət nəticə qazanmağa çalışacaqdı. Amma qrup lideri ilə görüşdə Berti Foqtsun yetirmələrinin işi heç də asan olmayacağı dəqiq idi.
Foqtsun yetirmələri oyuna o qədər də yaxşı başlamayıb və erkən qol buraxıb. Hətta matçın sonlarında Maksim Medvedev meydandan qovulub. Buna baxmayaraq, komandamız son dəqiqələrdə Cavadovun cavab qolu ilə son görüşdə də bir xal qazanmağı bacarıb.