UEFA-nın əmsallar cədvəli açıqlanıb.
Oxu.Az apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda müəyyən dəyişikliklər olub.
Lakin bunlar Azərbaycanın mövqeyinə təsir etməyib. Düzdür, öz meydanında Maltanın “Valetta” klubunu 4:0 hesabı ilə darmadağın edən “Qarabağ” ölkəmiz üçün növbəti 0,250 xal qazanıb. Bu da cari mövsüm qazanılanları 1,250-yə çatdırıb.
Bunun 0,750-si “İnter”, 0,500-ü “Qarabağ”ın payındadır. Son 5 mövsümə görə hesablanan reytinq siyahısında isə xalımız 10,125-ə çatıb. Bu isə yalnız 30-cu pillədə qalmağa kifayət edib.
29-cu olan Macarıstanla 0,250 xallıq fərq isə dəyişməz qalıb. Buna “Debretsen”in öz meydanında Şimali İrlandiya təmsilçisi “Kliftonvill”ə qalib gəlməsi səbəb olub – 2:0. Ən yaxın izləyicimiz – 31-ci olan Slovakiya ilə fərq də eynidir. “Slovan”ın Uelsdə TNS-ə 2 cavabsız qol vurması fərqin qorunması ilə nəticələnib.