Azərbaycan yığmasının üzgüçüsü Boris Yotov komandasına Nankində keçirilən Gənclər arasında oyunlarda daha bir medal qazandırıb.
Oxu.Az Sport.Day.Az-a istinadən xəbər verir ki, 1000 metrlik məsafəyə üzən Yotov (3:21,82) alman Tim Olenaskeni yalnız 0,60 saniyə irəli buraxaraq ikinci olub.
Bu, Azərbaycan yığmasının dördüncü medalıdır. Daha öncə gümüş medalı Natiq Qurbanlı (55 kq) və Leyla Əliyeva (44 kq), eləcə də taekvondoçu Çeren Özbek (44 kq) qazanıb.