Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Oxu.Az-ın Apasport.az saytına istinadən verdiyi məlumata görə, Berti Foqtsun rəhbərlik etdiyi komanda İsrail yığmasının qonağı olub.
Bu qarşılaşma Avropa zonasının F qrupunda mübarizə aparan millimizin qrupda 8-ci matçı idi. 7 oyunda qələbə qazana bilməyən komandamız həsrətə səfərdə son qoya bilərdi.
Lakin Rahid Əmirquliyevin uzaq məsafədən vurduğu qoldan sonra hesabı açan millimiz yenə hesabdakı üstünlüyünü sonadək qoruya bilməyib.
Bununla da millimiz 5-ci heç-heçəsini edərək xalını 5-ə yüksəldib.
F qrupu
İsrail- AZƏRBAYCAN 1:1
İtay Şexter, 73 - Rahid Əmirquliyev, 61
www.oxu.az