Azərbaycanın futbol üzrə yığmasında 18 matç keçirən Cihan Özkara “Proyssen Münster” alman klubunun qərargahındadır.
Oxu.Az xəbər verir ki, “Proyssen Münster” 3-cü Bundesliqa klubudur. Ötən mövsümün ikinci hissəsini Özkara Premyer Liqada maliyyə çətinliyi üzündən iştirakdan imtina edən, Zaqatalanın “Simurq” komandasında keçirib.
“Simurq”da o, icarə hüququnda oynayırdı. Özkara “Sivasspor” türk klubuna məxsusdur.
Cihan artıq “Proyssen Münster”də sınaq matçında “Hannover 96” ilə oynayıb və çox yaxşı təsir bağışlayıb.
Almaniyada dünyaya göz açan Özkara, “Sivasspor”a keçənə qədər, alman klubu “Rot Vayss”da oynayıb.
F.H.
www.oxu.az