21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AVRO-2017-nin seçmə mərhələsində keçirəcəyi ilk iki ev oyunu canlı yayımlanacaq.
Oxu.Az xəbər verir ki, sentyabrın 4-də Avstriya, 8-də isə Almaniya yığması ilə baş tutacaq qarşılaşmalar “CBC Sport” televiziyası vasitəsi ilə azarkeşlərə nümayiş olunacaq.
Topaz Premyer Liqasının qarşılaşmalarının yayım hüququna yiyələnən telekanal ilk dəfə U-21-in qarşılaşmalarını yayımlayacaq.
Qeyd edək ki, hər iki oyun “Dalğa Arena”da keçiriləcək. Qarşılaşmalar saat 20:00-da başlayacaq.
E.Ə.
www.oxu.az