Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanı Olimpiadada təmsil edəcək şahmatçılar bəlli oldular
Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan təmsilçiləri müəyyənləşib.
AZƏTAC xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mötəbər yarışda ölkəmizi kişilərdə 6, qadınlarda isə 5 iti zəka sahibi təmsil edəcək: "Kişilərdə Teymur Rəcəbovun iştirakı yenilik olacaq. O, həmçinin komandanın kapitanı kimi çıxış edəcək. Kollektivdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abbasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı da yer alacaq. Qadınlarda isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədzadə medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək davam edəcək.
"Azərbaycan Şahmat Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycan şahmatı tarixində ilk: Bu il səkkiz beynəlxalq yarış keçiriləcək
- Dörd şahmatçımızdan dünya çempionatında UĞURLU START
- Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq turnirin qalibi olub
- Şəhriyar Məmmədyarov və Rauf Məmmədov cütünün qalibi müəyyənləşmədi: Yenidən üz-üzə gələcəklər
- Teymur Rəcəbov üçüncü yer uğrunda görüşdə iştirakdan imtina elədi - SƏBƏB