Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yığma qarışıq komanda yarışında ardıcıl olaraq Niderlanda 4:1, Almaniya və İtaliya seçmələrinə 4:2 hesabı ilə qalib gəlib.
Komanda qızıl medal uğrunda görüşdə Fransa seçməsi ilə görüşəcək.
Qeyd edək ki, Avropa çempionatının fərdi yarışlarını doqquz medalla başa vuran Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.