Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanın daha bir güləşçisi gümüş medal əldə edib - YENİLƏNİB + FOTO
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında gümüş əldə edib.
Oxu.Az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda kubalı Luis Sançesə uduzub.
Daha əvvəl 63 kq-dəki Murad Məmmədov da gümüş medalla kifayətlənib.
20:47
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Gürcüstan təmsilçisi Leri Abuladzeyə uduzub.
Bu gün həmçinin Həsrət Cəfərov da qızıl medal uğrunda qarşılaşmaya çıxacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, sərbəst güləşçilərdən isə Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş medal qazanıblar. Sənan Süleymanov, Həsrət Cəfərov və Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə ediblər.
19:42
Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
Oxu.Az xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk təsəlliverici qarşılaşmada Qırğızıstandan olan Azat Salidinovla, daha sonra isə belaruslu Kiril Maskeviçlə dueldən qalib ayrılıb.
Abbasov bürünc medal qazanmaqla yanaşı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edə bilər.
11:04
Bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında final görüşünə çıxacaq.
Oxu.Az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov həlledici raundda Gürcüstan təmsilçisi Leri Abuladze ilə üz-üzə gələcək.
67 kq-dakı Həsrət Cəfərov qızıl medal uğrunda kubalı Luis Sançeslə görüşəcək.
Bundan əlavə, 87 kq-dakı İslam Abbasov təsəlliverici qarşılaşmada Qızğızıstandan olan Azat Salidinovun müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş medal qazanıblar. Sənan Süleymanov, Həsrət Cəfərov və Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə ediblər.