Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanın gənc güləşçi komandası ardıcıl 4-cü dəfə Avropa çempionu oldu
Albaniyanın paytaxtı Tiranada keçirilən U23 Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisi rekord göstəricilərlə ardıcıl 4-cü dəfə komanda hesabında Avropa çempionu olub.
İlk dəfə 2022-ci ildə U23 Avropa çempionatında titula sahib çıxan Azərbaycan sərbəst güləşçiləri artıq 4 ildir ki, baş mükafatı özündə saxlayır. Budəfəki uğur rekord göstəricilərlə əlamətdar olub. Azərbaycan millisi həm topladığı xala, həm medalların, həm də finalların sayına görə öz rekordunu yeniləyib.
Belə ki, yığma ilk dəfə bu yarışda 10 çəkidən 9-da medal qazanıb: ilk dəfə 5 sərbəst güləşçi qitə birinciliyinin finalında güləşib. Azərbaycan komandası yekun sıralamada 169 xal toplamaqla özünün yeni xal rekordunu müəyyənləşdirib. Azərbaycan millisi ən yaxın izləyicisi olan Türkiyəni 52 xal qabaqlayıb. Ukrayna 104 xalla üçüncü yeri tutub.
Xatırladaq ki, millinin tərkibində Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.
"Avropa çempionatı" teqi üzrə xəbərlər
- Avropa çempionatı üçün millimizin heyəti bəlli oldu - Səkkizi legioner həyatı yaşayır
- Güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar
- Azərbaycanlı futbol hakimi Avropa çempionatının final mərhələsinə təyinat aldı
- Avropa çempionatında çıxış edəcək millimizin heyəti açıqlanıb
- Azərbaycan millisindən Avropa çempionatında növbəti MƏĞLUBİYYƏT