Hər iki idmançımız qızıl medala layiq görülüb.
Oxu.Az sport.1news.az-a istinadən bildirir ki, bu turnirdə iki azərbaycan idmançısı: ikiqat Olimpiya oyunları mükafatçısı Mariya Stadnik (48 kq) və 2012-ci il Olimpiadasının gümüş mükafatçısı Yuliya Ratkeviç (58 kq) iştirak edib.
Hər iki idmançımız qızıl medala layiq görülüb.
Stadnik finala çıxmaq üçün ABŞ, İsveç və Fransadan olan rəqiblərini məğlub edərək, həlledici qarşılaşmada isə kanadalı Cessika Makdonalda qalib gəlib.
Ratkeviç Qırğızıstan və İspaniya idmançılarına üstün gələrək, finalda amerika idmançısı Kelsi Kembeli məğlub edib.