Azərbaycanın akrobatika gimnastikası üzrə qadın qrupu - Anahita Başiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidova dünya kuboku seriyasının qalibi adını qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından Oxu.Az-a verilən məlumata görə, idmançılarımız bu möhtəşəm uğura mövsüm ərzində nümayiş etdirdikləri yüksək və stabil çıxışları sayəsində imza atıblar.
Beləliklə, gimnastlarımız beynəlxalq yarışda ölkəmizi layiqincə təmsil edərək zirvədə qərarlaşıblar.
Qaynar xətt:
(055) 224 12 12