Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub.
Oxu.Az-ın məlumatına görə, daha iki medal qazanmışıq.
65 kq çəki dərəcəsində yer alan Elis Manolova finalda rumıniyalı Krista İnçe ilə üz-üzə gəlib. Görüşün gedişində Manolova 0:4 hesabı ilə geri düşsə də, əzmkarlıq göstərərək, qarşılaşmanı qələbə ilə başa vurub - 6:4. Bununla da Manolova Azərbaycanın qadın güləşində ilk qızıl medalına sahib olub.
Tatyana Omelçenko isə bürünc medal qazanıb.
Beləliklə, Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını bir qızıl və üç bürünc medalla başa vurub.
20:36
Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
57 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda dueldə Bolqarıstan təmsilçisi Nikolova Xristovaya şans verməyib.
Azərbaycanın digər qadın güləşçisi Tatyana Omelçenko (62 kq) "bürünc" üçün ukraynalı İlona Prokopevnyuku sınağa çəkəcək. Elis Manolova (65 kq) isə finalda Rumıniya idmançısı Krista İnçenin müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində ilk yarış günündə Elmira Qəmbərova (59 kq) bürünc medal qazanıb.