Beynəlxalq Şahmat Federasiyası (FIDE) komandalararası dünya çempionatını təxirə salıb.
Oxu.Az xəbər verir ki, İsrailin Qüds şəhərində keçirilməli olan turnir apreldə yox, noyabrda baş tutacaq.
Buna səbəb Rusiya və Ukrayna arasında davam edən hərbi gərginlik ucbatından Ukrayna millisinin iştirakının təmin oluna bilməməsi və rusiyalıların çempionata buraxılmamasıdır. Bundan başqa, bir neçə komanda da iştirakını təsdiqləməyib.
Qeyd edək ki, 10 komandanın iştirak etməli olduğu yarışda Azərbaycan millisi də iştirak etməli idi. Azərbaycan, İsrail, Rusiya və Ukraynadan başqa, Fransa, Polşa, Macarıstan, ABŞ, Hindistan və Misir milliləri də dünya çempionatında mübarizə aparmalı idi. Yarışın keçirilməsi 7-14 aprel tarixlərinə nəzərdə tutulmuşdu.
Səbuhi Musa