Bu gün Azərbaycanın son 9 cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də mübarizəyə qoşulacaq.
Üçüncü – sonuncu yarış günündə 90 kq, 100 kq və 100-dən yuxarı çəki dərəcəsində kişi idmançılar, 78 kq və 78-dən yaxarı çəkidə isə qadınlar qüvvəsini sınayacaq.
Azərbaycan millisi qadınlarda 78 kq və +78 kq-da təmsil olunmur. İndiyədək Orxan Səfərov (-66 kq) qızıl, İçinxorlu Muntsxedev (-57 kq) gümüş, Rövşən Əliyev (-60 kq), Hidayət Heydərov (-73 kq) və Elcan Hacıyev (-81 kq) bürünc medal qazanıb.
Kişilər
-90 kq
1/16 final Rüfət İsmayılov – Camal Petqreyv (Böyük Britaniya)
1/8 final Vüqar Talıbov – Nemanya Maydov (Serbiya)
1/8 final Məmmədəli Mehdiyev – Tengiz Batsayxan (Monqolustan) / Con Ceyn (ABŞ) cütünün qalibi
-100 kq
1/8 final Adil Kərimli – Yan Rayder (Kanada)
1/8 final Kənan Abdullaxanlı – Onise Seneblidze (Gürcüstan)
1/8 final Ruslan Nəsirli – Zlatko Kumriç (Xorvatiya)
+100 kq
1/8 final Hüseyn Məmmədov – Tyaqo Palmini (Braziliya)
1/4 final Uşanqi Kokauri – Camal Feyziyev / Tatsuru Sayto (Yaponiya) cütünün qalibi
Qeyd edək ki, Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan "Böyük Dəbilqə"nin bağlanış mərasimi saat 17:00-da başlayacaq.