21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşıb.
“Qarabağ Arena”da baş tutan qarşılaşmadan qonaq komanda böyük hesabla qalib ayrılıb. İngiltərə yığmasının beş qoluna Samir Əliyevin yetirmələri son dəqiqələrdə vurduqları təsəlli topu ilə qarşılıq verə biliblər.
Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.
Qeyd edək ki, U-21 millimiz martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.
Avropa çempionatının seçmə mərhələsi
F qrupu
22 mart
Azərbaycan - İngiltərə 1:5
Qollar: Ramin Nəsirli, 83 - Harvi Elliot, 25;67, Noni Madueke, 29, Jayden Filoyen, 53, Arçi Qrey, 88.
Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina).
Bakı, “Qarabağ Arena”.
14:50
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşacaq.
“Qarabağ Arena”da baş tutacaq görüş saat 16:00-da start götürəcək. Matçı Bosniya və Herseqovinadan olan hakim Antoni Bandiç idarə edəcək.
İngiltərə yığması 12 xalla qrupda ikinci pillədə qərarlaşır. 4-cü sıradakı Azərbaycan millisinin isə hesabında 3 xal var.
Qeyd edək ki, Samir Əliyevin kollektivi martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.
Avropa çempionatının seçmə mərhələsi
F qrupu
22 mart
16:00. Azərbaycan - İngiltərə
Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)
Bakı, “Qarabağ Arena”