Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, B qrupunun oyununda səfərdə Cəbəllüttariqlə üz-üzə gələn yığma 1:0 hesablı qələbəyə sevinib.
"Europa Point Stadium"dakı yeganə qolu 54-cü dəqiqədə Murad Məmmədov vurub.
Qeyd edək ki, yığma növbəti matçını 2026-cı il martın 27-də Portuqaliyaya qarşı keçirəcək.
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, B qrupunda yer alan komanda səfərdə Cəbəllüttariqlə üz-üzə gələcək.
Görüş "Avropa Point" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Matçın baş hakimi rumıniyalı Andrey Çivulete olacaq.
Qeyd edək ki, yığma növbəti matçını 2026-cı il martın 27-də Portuqaliyaya qarşı keçirəcək. Komandamız dörd oyundan sonra iki xalla beşinci pillədə qərarlaşıb.