UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” komandasını azərbaycanlı azarkeşləri tək qoymayıb.
Bu barədə “UltrAslan Azərbaycan”ın “Twitter” hesabında video yayımlanıb.
Qardaş ölkə təmsilçisinin azərbaycanlı azarkeşləri “Qalatasaray”lı futbolçuların olduğu avtobusun hava limanından şəhər istiqamətində hərəkət etdiyi yolda yerləşən körpülərdən birində qarşılama mərasimi təşkil edib, körpüyə müxtəlif plakatlar asılıb. Plakatlardan birində türk dilində yazılmış “Hoş geldin, gönüllerin efendisi” sözləri diqqət çəkib.
#uAzerbaycan @uAYurtici pic.twitter.com/2b1PnUz6bm
— ultrAslan AZƏRBAYCAN (@uAzerbaycan) September 16, 2020
Qeyd edək ki, “UltrAslan Azərbaycan” “Qalatasaray”ın Azərbaycandakı ən böyük fanklubudur.
Rəylər