Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanlı döyüşçü Rafael Fiziyev fərqli çəki dərəcəsində mübarizə aparmaq istəyir
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev "UFC-313" turnirinin növbəti döyüşündə Castin Qeyciyə məğlub olduqdan sonra çəkisini azaltmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, Castin Qeyciyə ikinci dəfə məğlub olmaq Rafael Fiziyevi belə bir addım atmağa məcbur edib.
Təcrübəli döyüşçü bundan sonra karyerasını aşağı çəki üzrə döyüşçülər arasında davam etdirmək istəyir.
Qeyd edək ki, 32 yaşlı döyüşçü hazırda yüngül çəki dərəcəsində döyüşür.
"Rafael Fiziyev" teqi üzrə xəbərlər
Ən çox oxunanlar