Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO/VİDEO
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Barselona”nın prezidenti Xuan Laporta ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan klubunun rəsmi hesabı paylaşım edib.
Proqram çərçivəsində “Barselona” Akademiyasının - “La Masiya”nın Fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub.
Çalışdırıcı səfər çərçivəsində “Barselona”nın B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb.
Ən çox oxunanlar