Azərbaycanlı futbolçu Fuad Bayramov Polşa çempionatında növbəti qolunu vurub.
Oxu.Az-ın xəbərinə görə, Polşanın III Liqasının IV qrupunda onun çıxış etdiyi KSZO klubu öz meydanında “Visvoka” komandasını 2:0 hesabı ilə məğlub edib.
Fuad standart vəziyyətdən cərimə meydançası daxilinə edilən ötürmədən sonra başla qol vurub. 26 yaşlı yarımmüdafiəçi 20-ci dəqiqədə vurduğu bu qolla hesabı açıb.
O, 75-ci dəqiqədə zədəsi olduğu üçün əvəzlənməsini istəyib.
Qeyd edək ki, bu, Fuad Bayramovun Polşa klubunda ümumilikdə beşinci qoludur. O bunlardan dördünü çempionatda, birini isə regional kubok matçında vurub.
Səbuhi Musayev