Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanlı futbolçu Türkiyə klubu ilə bu gün müqavilə bağlayacaq - ÖZƏL
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin “Ankara Keçiörəngücü” klubunda çıxış edəcək.
Oxu.Az-ın xəbərinə görə, “Keşlə”dən ayrılmış 25 yaşlı futbolçu Türkiyənin I divizion klubu ilə bu gün müqavilə bağlayacaq.
Onu Türkiyə I divizionunun digər klubları – “Dənizlispor” və “Menemen Bələdiyyəspor” da transfer etmək istəyib. Lakin futbolçu hələ ötən yaydan onu heyətində görmək istəyən Ankara klubuna keçməyə üstünlük verib.
Qeyd edək ki, 1987-ci ildə yaradılmış “Ankara Keçiörəngücü” klubu ötən mövsüm Türkiyə I divizionunu yeddinci sırada başa vurub. Komandanın heyətində afrikalı legionerlər üstünlük təşkil edir.
Səbuhi Musayev