Almaniyanın “Şalke” klubu Rusiyanın “Qazprom” transmilli enerji şirkəti ilə müqaviləsini ləğv edib.
Oxu.Az xəbər verir ki, bu barədə Qelzenkirxen təmsilçisi rəsmi bəyanat yayıb.
“Şalke”nin Müşahidə Şurasının təsdiqi ilə Direktorlar Şurası “Qazprom”la əməkdaşlığı vaxtından əvvəl ləğv etmək qərarına gəlib. Hazırda baş sponsorun nümayəndələri ilə danışıqlar aparılır.
Xatırladaq ki, “Qazprom” 2007-ci ildən hazırda Almaniyanın 2-ci Bundesliqasında çıxış edən klubun sponsorudur.
Qeyd edək ki, Azərbaycan millisində də çıxış etmiş hücumçu Rüfət Dadaşov hazırda “Şalke”nin üzvüdür.