Azərbaycan kikboksinq milli komandasının üzvü Elxan Əliyev peşəkar döyüşə çıxacaq.
Oxu.Az-ın xəbərinə görə, o, yanvarın 28-də Türkiyənin İstanbul şəhərində KOK (King of Kings) təşkilatının çempionluq kəməri uğrunda döyüşəcək.
75 kq çəki dərəcəsində döyüşəcək Elxan Əliyevin rəqibi iranlı Məsud Minae olacaq. Döyüş kikboksinqin K-1 versiyası üzrə keçiriləcək.
Bu münasibətlə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev bu gün idmançımız və yığma komandanın baş məşqçisi Elşən Abdulrəhimovla görüşüb, onlara qarşıdakı döyüşdə uğur arzu edib.