Azərbaycanın məşhur MMA döyüşçüsü, “Qəbələ” klubunun adından çıxış edən Bəxtiyar Abbasov yenidən Sinqapurda 7 noyabrda SINGAPORE INDOOR STADIUM arenasına çıxacaq.
Oxu.Az xəbər verir ki, o, bu dəfə MMA-nın çox təcrübəli veteranı Luis Santosla (60-9) One FC 23: Battle of Lions turnirində döyüşəcək.
Luis Santosun 34 yaşı var. Boyu 186 sm-dir. Luis Santosun peşəkar rekordu valehedicidir. Döyüşçü karyerası ərzində 60-dan çox döyüş keçirib. Luis Santosun karyyerasının çiçəklənən dövrü Bellato-un himayəsi altında çıxış edən dövrə düşürdü. Lakin ən parlaq hadisələrdən biri onun Rio-de-Janeyroda Xtreme Fighting Championships MMA şousundakı təkbətək döyüşü olmuş, bu zaman Alfred Moraleslə döyüşü frontkiklə bitirərək Luis “İlin nokautu”na ciddi namizəd kimi çıxış edib.
Bəxtiyar Abbasovun 28 yaşı var, boyu 177.8 sm, peşəkar MMA-da çıxış etmə təcrübəsi 5 ildən artıqdır. Bəxtiyarın hesabında çoxunu vaxtından əvvəl elə birinci raunddan başa vurduğu 13 döyüşü var. 2011-ci ilin dekabrında döyüşçü ProFC – Grand Prix Global Finals turnirində Laslo Solteş üzərindəki qələbəsindən sonra ProFC kəmərini qazanmışdır. Çox keçmədən o, ECSF – MMA Grand Prix of Eastern Europe 2 turnirində fransız döyüşçüsü Youness Mikiss üzərində qələbə qazanır.
Bundan əlavə 2013-cü ildə Abbasov CWFC 58 – Cage Warriors Fighting Championship 58 turnirində MMA-nın ən təcrübəli döyüşçülərindən biri olan braziliyalı Charlse Andrade-yə yekdil qərarla qalib gəlib.
Gənc döyüşçünün nailiyyətlər siyahısı yaxşı təsir bağışlayır: o, PROFC-GPG çempionu, pankration üzrə dünya çempionu, sambo üzrə dünya çempionu, ciu-citsu üzrə dünya çempionu, əlbəyaxa döyüş üzrə dünya çempionu, sambo üzrə Dünya kuboku çempionu, döyüş sambosu üzrə Avropa çempionu, sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə Azərbaycan çempionu və beynəlxalq dərəcəli idman ustasıdır.
“Mənim döyüş ruhum qardaşım və məşqçim Şəhriyar Abbasovun dəstəyi sayəsində, həmçinin mənim fanatlarım və həmvətənlərimin dəstəyi sayəsində həmişəkindən də yüksəkdir. Mənim hər döyüşüm mənim üçün həmişə çox vacib olub. Lakin indi mənim peşəkar MMA döyüşçüsü karyeramın ciddi mərhələsidir. Bütün gücüm yalnız qələbəyə yönəlib”, - deyə, Bəxtiyar Abbasov bildirib.
“Biz Sinqapurda ciddi döyüşə hazırlaşırıq. Rəqibimiz də çox ciddi və təcrübəlidir. Luisin keçirdiyi döyüş sayını qeyd etməmək olmur. Lakin bu məndə o qədər də güclü təsir buraxmır, çünki onun rekordu tam təzim deyil. Onun müvəqqəti uğuru məğlubiyyətlərlə növbələnirdi. Ona görə də biz ona yalnız 7 noyabrda baş tutacaq təkbətək döyüşdən sonra qiymət verə bilərik”, - Bəxtiyarın məşqçisi Şəhriyar Abbasov bildirib.
