Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanlı kikboksçu erməniyə qalib gəldi
Noyabrın 16-da kikboksinq üzrə W5 Grand Prix Орел XXII beynəlxalq turnirində Azərbaycan əsilli, “Professor” ləqəbli ukraynalı kikboksçu Alim Nəbiyev və erməni əsilli, İtaliyanı təmsil edən idmançı Armen Petrosyan – məşhur italiyalı kikboksçu Corcio Petrosyanın kiçik qardaşı arasında super-döyüş baş tutub.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Nəbiyevin özü deyib.
İdmançının sözlərinə görə, o, döyüşə ciddi yanaşırmış.
“Petrosyan mənə qarşı heç bir şey edə bilmədi. Hakimlərin fikri yekdil idi: qələbə mənim idi. Bu döyüşlə sübut etdim ki, artıq yetişmiş döyüşçüyəm. İndi 2013-cü ilin mayında “Əfsanə” turnirinin finalında məğlub olduğum Cabbar Əsgərovla təkrar matçı gözləyirəm” – deyə, o bildirib.
Xatırladaq ki, bu ilin oktyabrında Rusiyanın Nijni Novqorod şəhərində keçirilən Grand Prix Russia Open (GPRO) final turnirində Alim Nəbiyev GPRO çempionu tituluna sahib olub.