“Tank” ləqəbli azərbaycanlı MMA idmançısı Tahir Abdullayev növbəti qələbəsini qazanıb.
Oxu.Az-ın xəbərinə görə, o, BƏƏ-nin paytaxtı Əbu Dabidə keçirilən “UAE Warriors-24” turnirində Polşadan olan Daniel Skibinski ilə qarşılaşıb.
Tahir 12 döyüşdür ki, rəqiblərinə qalib gələn polyak idmançını 45 saniyəyə yerə yıxıb. Bundan sonra hakim “Ciu Citsu Arena”da keçirilən görüşü idmançımızın xeyrinə saxlamalı olub. Bununla da Daniel Skibinski karyerasında 6-cı məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, bu, 24 yaşlı Tahir Abdullayevin ümumilikdə 12-ci, ardıcıl 5-ci qələbəsi olub. O, karyerasında cəmi 1 dəfə məğlub olub.
View this post on InstagramSəbuhi Musayev"Polşa" teqi üzrə xəbərlər
- Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - Foto
- Toral Bayramov Avropa klubunun hədəfində: Danışıqlar aparılır
- Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi
- Polşanın Azərbaycana qarşı qərəzli materiallar yayan telekanalında korrupsiya qalmaqalı
- Polşada 6 nəfərin həyatına son qoyan hərbçi xəstəxanada öldü
Digər xəbərlər