Çərşənbə axşamı Tbilisidə keçiriləcək UEFA Superkuboku uğrunda matçın açılış mərasimində minlərlə uşaqdan və İspaniyanın futbol klubları “Barselona” və “Sevilya”nın oyunçularından canlı dairə qurulacaq, UEFA-nın rəsmi saytı bildirib.
Oxu.Az gürcü KİV-nə istinadən xəbər verir ki, uşaqlar UEFA-nın təşəbbüsündə iştirak etməyə razılıq verən doqquz ölkəni – Gürcüstan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova, Türkiyə, Ermənistan və Azərbaycanı təmsil edəcəklər.
Azərbaycandan aksiyada 20 uşaq və 2 böyük iştirak edəcək.
Aksiya dostluq və birliyi təbliğ edir. Canlı sədd Con Lenonun “İmagine” mahnısının sədaları altında düzüləcək.