Azərbaycanın “Azərreyl” voleybol klubunun keçmiş oyunçusu italiyalı Sara Ançanello 3 illik fasilədən sonra meydanlara qayıdıb.
Oxu.Az xatırladır ki, 2013-cü ilin mart ayında Azərbaycanda çıxışı zamanı Sarada hepatitin ağır forması aşkarlanıb. Voleybolçuya Milanda qara ciyərin transplantasiyası əməliyyatı keçirilib.
Uzun müddət reabilitasiya prosesindən sonra Ançanello yenidən voleybola qayıdıb. 35 yaşlı voleybolçu bu gün İtaliya B1 seriyasında “İqor Volley Novara” komandasının heyətində oyuna çıxıb.
“Mən bu gün elə bil final matçında oynayırdım”, - Sara oyundan sonra fikirləri ilə bölüşüb. - Ayaqlarım həyəcandan əsirdi. İlk addım atılıb, indi mən üzərimdə işləməyi davam etdirməliyəm”.
F.H.
www.oxu.az