Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda 300-dən çox şahmatçının iştirakı ilə FIDE Dünya Kuboku start götürüb - FOTO
“Marriott Boulevard” hotelində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 10-cu Yubiley Dünya Kuboku start götürüb.
“Trend” xəbər verir ki, oyunların gedişini Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov izləyirlər.
Bakıda keçirilən FIDE Dünya Kubokunda açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı iştirak edir. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir.
Qeyd edək ki, ölkəmizi bu turnirdə 17 şahmatçı - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abbasov, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Vüqar Əsədli, Riad Səmədov, Aydın Süleymanlı, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayeva təmsil edirlər.
Onu da əlavə edək ki, FIDE Dünya Kuboku 2023-ün oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Turnir avqustun 25-dək davam edəcək. Çempionatın mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.
"Fərid Qayıbov" teqi üzrə xəbərlər
- Ölkəmizdə dördüncü Karyera İnkişaf Forumu keçirilir
- Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Nazirlərlə görüşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Qəbul günləri AÇIQLANDI
- Dünyanın 10 məşhur futbol klubunun rəsmiləri COP29-da: Yeni alyans yaradılır
Rəylər