Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda FIA həftəsi başladı - FOTO/VİDEO
Bu gündən Azərbaycanda FIA (Beynəlxalq Avtomobil Federasiyası) həftəsi başlayıb.
Dekabrın 8-dək paytaxtımızda FIA Baş Assambleyalarının iclasları və mükafatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək.
Bu, avtomobil idmanı sahəsində ilin ən gözlənilən tədbirlərindən biri hesab edilir. Bakı artıq beynəlxalq tədbirin qonaqlarını qəbul etməkdədir. FIA-nın paytaxtımızdakı tədbirlərinə 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri gələcəklər.
Bakıda FIA həftəsi başladı - FOTO/VİDEO

Ən çox oxunanlar