Bu gün iyunun 27-də Bakıda keçiriləcək "UFC Baku Fight Night" turniri öncəsi oktaqona çıxacaq döyüşçülərin rəsmi çəkiölçmə mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, turnirdə çıxış edəcək bütün döyüşçülər çəkilərini uğurla verərək müəyyən edilmiş limitləri aşmayıblar.
Gecənin əsas döyüşü:
Yüngül çəki: Rafael Fiziyev (70.76 kq) - Manuel Torres (70.76 kq)
İkinci əsas döyüş:
Orta çəki: Şara Maqomedov (84.36 kq) - Mişel Pereyra (84.14 kq)
Əsas döyüşlər:
Yüngül çəki: Nazim Sadıxov (70.76 kq) - Mateus Kamilo (70.76 kq)
Super yüngül çəki: Asu Almabayev (57.15 kq) - Çarliz Conson (56.92 kq)
Orta çəki: İkram Aliskerov (84.36 kq) - Brunno Ferreyra (83.91 kq)
Orta çəki: Abus Maqomedov (84.14 kq) - Mixal Olekseyçuk (84.36 kq)
İlkin döyüşlər:
Yarımorta çəki: Fərman Həsənov (77.33 kq) - Erik Nolan (77.33 kq)
Yarım ağır çəki: Abdul Raxman Yaxyayev (93.44 kq) - Julius Volker (93.44 kq)
Orta çəki: Nursulton Ruziboyev (84.36 kq) - Andrey Pulyayev (84.36 kq)
Yarım yüngül çəki: Kaan Ofli (66.22 kq) - Xavyer Reyes (65.99 kq)
Yarımorta çəki: Daniil Donçenko (77.44 kq) - Teodor Berqren (77.56 kq)
Ən yüngül çəki: Bekzat Almaxan (61.68 kq) - Jan Matsumoto (61.46 kq)
Yarımorta çəki: Tahir Abdullayev (77.33 kq) - Cefferson Nasimento (77.56 kq)
"UFC Fight Night"da ikinci əsas döyüşdə isə orta çəki dərəcəsində Mişel Pereyra ilə qarşılaşacaq Şarabutdin "Shara Bullet" Maqomedov da çəkidən uğurla keçib. Bununla da iyunun 27-də Bakıda keçiriləcək "UFC Baku Fight Night" turniri öncəsi oktaqona çıxacaq döyüşçülərin rəsmi çəkiölçmə mərasimi yekunlaşıb.
Oxu.Az sözügedən kadrları təqdim edir:
İyunun 27-də Bakıda keçiriləcək "UFC Baku Fight Night" turniri öncəsi oktaqona çıxacaq döyüşçülərin rəsmi çəkiölçmə mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, tədbirdə ümumilikdə 26 döyüşçü iştirak edir.
Bakı Gimnastika Arenasında baş tutacaq döyüş gecəsində altısı əsas, yeddisi isə ilkin kartda olmaqla, ümumilikdə, 13 döyüş olacaq.
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.
Turnir çərçivəsində digər azərbaycanlı döyüşçülər - Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ceferson Nasimento, braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolanla döyüşəcəklər.