Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıdakı güləş yarışının açılış mərasiminin proqramı açıqlanıb
Aprelin 5-7-də Milli Gimnastika Arenasında keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasiminin proqramı müəyyənləşib.
Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, açılış mərasimi sabah saat 17:30-da başlayacaq.
Tədbirin rəsmi hissəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos çıxış edəcəklər.
Açılış mərasiminin bədii hissəsində isə “Talant şou” rəqs qrupunun çıxışı olacaq.
Xatırladaq ki, bu yarışda hər çəkidə iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.