“Baku World Challenge” avtomobil yarışlarının final mərhələsi artıq başa çatıb.
Oxu.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, yarışda Belçikanın “Audi Club”, Böyük Britaniyanın “Bechdear AMR” və Almaniyanın “Phoenix Racing” komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Qalib komandalar üçün baş mükafat fondu birinci yer üçün 100 min avro, ikinci yer - 50 min avro, üçüncü - 25 min avro təşkil edir.
“Baku World Challenge” avtomobil yarışlarının noyabrın 2-də start verilın final mərhələsində 15 beynəlxalq komanda 30 avtomobillə mübarizə aparırdı. Avtoralli Xəzər dənizi boyunca uzanan və Dövlət Bayrağı Meydanının ətrafında dövrə yaradan, yeni təmir olunan 4 kilometrlik dairə üzrə keçirilib.